Aİ: “Serbiya və Kosovo quruma üzv olmaq üçün münasibətlərini normallaşdırmalıdır”backend

Aİ: “Serbiya və Kosovo quruma üzv olmaq üçün münasibətlərini normallaşdırmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Serbiya və Kosovoya xatırladır ki, onlar üçün Avropa yolu qurumun asanlaşdırdığı dialoqdan və münasibətlərin normallaşmasından keçir. Hazırda hər iki ölkə Avropa İttifaqına üzvlük şansını itirmək riskinə sahibdir.

“İnterpress.az” xəbər verir ki, bu fikirlər Serbiya və Kosovodan gözləntilərlə bağlı Avropa İttifaqı adından Ali Nümayəndənin bəyanatında əks olunub.

Bildirilib ki, Aİ tərəflərin “Normallaşmaya gedən yol haqqında” Saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsindən narahatlıq keçirir: “Aİ və digər beynəlxalq tərəfdaşların dəfələrlə çağırışlarına baxmayaraq, indiyədək atılan addımlar yetərli deyil, təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır”.

Aİ gərginliyin azaldılmasına kömək etmək üçün Kosovonun şimalında tezliklə erkən yerli seçkilərin keçirilməsinin vacibliyinə də diqqət çəkib.