“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.