Bakıda sürücüyə qarşı soyğunçuluq edilibbackend

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.

Bu barədə “interpress.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.