İspaniyada siçovulları öldürənlərə 18 ay həbs veriləcəkbackend

İspaniyada siçovulları öldürənlərə 18 ay həbs veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda “ev heyvanı” termini “onurğalı heyvan” olaraq dəyişdirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.

İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün “6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş” cəzasını nəzərdə tutur.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir; Buna görə də balıq, siçan, it və ya kərtənkələnin öldürülməsi eyni şəkildə cəzalandırılır.

Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur.

Dəyişiklik həm də o deməkdir ki, evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.

Xəsarət almadan pis rəftara məruz qalma hallarında “bir aydan iki aya qədər cərimə və ya bir gündən otuz günədək dövlət qulluğu cəzası” tətbiq ediləcək.

Yəni itinin ipini çəkən və ya pis danışan şəxs cəzalandırıla bilər.