Bir sıra Qərb ölkələri Fələstin-İsrail münaqişəsi zonasında əsirlərin mübadiləsini asanlaşdırmaq istəyi ilə Türkiyəyə müraciət edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.
“Bir çox dövlətlər öz vətəndaşlarının müdafiəsinə qalxmaq tələbi ilə Ankaraya müraciət edib”, – nəşr qeyd edib.
Ankaranın mərhələli mübadilə prosesinə ilkin olaraq qadınlarla başlayacağı bildirilib: “Əsirlərin mübadiləsi asan məsələ deyil. Alınan məlumatlar göstərir ki, HƏMAS bir sıra şərtlər irəli sürüb. Ankara səylərini davam etdirəcək”.