“Terrorizm İsraildə qalib gəlməməlidir”.
İnterpress.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsveçdə Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) daxil olan ölkələrin liderlərinin görüşündə deyib.
O bildirib ki, terrorizm dünyanın heç bir yerində qələbə qazanmamalıdır.
Qeyd edək ki, Birləşmiş Ekspedisiya Qüvvələri Böyük Britaniyanın rəhbərliyi altında on ölkə tərəfindən yaradılmış müdafiə əməkdaşlığının beynəlxalq strukturudur. Bu təşkilata Böyük Britaniya, Finlandiya, Hollandiya, İslandiya, Latviya, Litva, Norveç, İsveç, Danimarka və Estoniya daxildir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.