“Ukraynadakı müharibə hər an dondurula bilər. Belə bir risk həmişə var, amma biz müharibənin dondurulmamasına çalışırıq”.
İnterpress.az-ın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O söyləyib ki, müttəfiqlər bunun baş verməməsi üçün çalışır: “Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Ukraynanın mübarizəsi bizim mübarizəmizdir”.
Y. Stoltenberqin sözlərinə görə, müharibələr öz təbiətinə görə gözlənilməzdir və heç kim müharibənin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilməz: “Əlbəttə, ümid edirik ki, ədalətli və davamlı sülhü mümkün qədər tez əldə edə bilərik. Biz buna nail olmaq üçün çalışırıq. Bunun ən yaxşı yolu Ukraynaya hərbi dəstək verməkdir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyulundan əks-hücum əməliyyatları keçirir.