Rusiya Prezidenti: “ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”backend

Rusiya Prezidenti: “ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.

O bildirib ki, Qərbin tətbiq etmək istədiyi qaydalar cəfəngiyyatdır: “Çünki kimsə bunlarla razılaşmayıb”.

V.Putin vurğulayıb ki, Ukraynanın bloklara qoşulmaması Rusiya üçün son dərəcə vacibdir: “Bəzi ölkələrin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq olmaz”.

Rusiya Prezidenti söyləyib ki, ölkəsi Ukrayna ilə müharibənin sülh yolu ilə başa çatmasına heç vaxt etiraz etməyib: “Lakin Kiyev buna hazır olduğunu bəyan etməlidir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.