HƏMAS qruplaşmasının İsrailə hücum etməsindən indiyədək 307 əsgər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari deyib.
Onun sözlərinə görə, radikalların Qəzza zolağından İsrailə atdığı 550-dən çox raket Fələstin anklavı ərazisinə düşüb: “Qəzza zolağına istənilən humanitar yardımın yalnız anklavın cənub hissəsinə çatdırılmasına icazə veriləcək. Qəzzə zolağının şimalındakı 700 minə qədər sakin artıq anklavın cənub hissəsinə köçürülüb”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həımin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.