İsrail liderliyini aradan qaldırdıqdan sonra Hizbullah məhvetmə müharibəsinə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Reuters agentliyi təşkilatın planları ilə tanış olan anonim mənbələrə istinadən yazır.
Hizbullah İsrail qruplaşmanın yüksək rəhbərliyini aradan götürdükdən sonra Livanın cənubunda uzun sürən dəğıdıcı müharibəyə hazırlaşır.
Qeyd olunur ki, Hizbullah hələ də ən güclü dəqiq idarə olunan raketlər də daxil olmaqla əhəmiyyətli silah ehtiyatına malikdir.
Mənbələr bildiriblər ki, təşkilat son həftələrdə İsrailin hava hücumlarına baxmayaraq, Livanda döyüşləri idarə etməyə davam edən yeni “komanda mərkəzi” yaradıb.
Xuraman Etibarlı
İnterpress.az