Rusiyada erməni biznesmen yüz milyonlarla büdcə vəsaitini OĞURLADIbackend

Rusiyada erməni biznesmen yüz milyonlarla büdcə vəsaitini OĞURLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni biznesmen külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Biznesmen Armen Ambartsumyan Baltik Donanmasının obyektlərinin təmiri üçün dövlət müdafiə müqavilələri üzrə 215 milyon rubldan (təxm. 3 600 000 man) çox vəsaiti mənimsəməkdə ittiham olunur.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dövlət müdafiə sifarişinin icrası zamanı xüsusilə külli miqdarda dələduzluq) ilə açılıb. Sahibkarı on ilə qədər həbs gözləyir.

“Dövlətə dəymiş bütün ziyana görə Ambartsumyanın əmlakına həbs qoyulması şəklində təhlükəsizlik tədbirləri görülüb”, – İstintaq Komitəsi əlavə edib.

Rusiya Müdafiə Nazirliyi 2022-ci ilin iyununda “TsJKU” Federal Dövlət Büdcə Müəssisəsi ilə istilik obyektlərinin təmiri üçün dövlət müqavilələri imzalayıb.

İstintaq Komitəsi qeyd edib ki, Ambartsumyan 2022-ci ildə tamamlanmış işlərə dair sənədləri saxtalaşdırmaqla dövlət müqavilələrini yerinə yetirərkən yüz milyonlarla büdcə vəsaitini oğurlayıb.

Xuraman Etibarlı

İnterpress.az