Rusiya səfiri “Vesti Nedeli” proqramına görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
İnterpress.az xəbər verir ki, çərşənbə günü Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ümumrusiya Dövlət Televiziya və Radiosunda “Vesti Nedeli” verilişinin yayımlanması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, 2025-ci il yanvarın 12-də “Vesti Nedeli” verilişi zamanı “Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılmış rəvayətlər” səsləndirilib.
Görüşdə səfirə müvafiq etiraz notası təqdim olunub.
Xuraman Etibarlı
İnterpress.az