Ərbildə Türkiyə və İran üslubunda azan oxunması QADAĞAN EDİLDİbackend

Ərbildə Türkiyə və İran üslubunda azan oxunması QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərbildə Türkiyə və İranda istifadə edilən məqamlarda azan oxunması qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İraq Kürd Regionunun prezidenti Müəzzin Kava Şakir bildirib.

İraqın Kürd regional hökuməti Ərbildə Türkiyə və İranda istifadə edilən məqamlarda azan oxunmasını qadağan edib.

“Kürd kimliyini qorumalıyıq. Başqa ölkələrin azanlarını təqlid etmək olmaz.

Biz müəzzinlərə göstəriş vermişik ki, azan iran və türk üslubunda olmasın, istədikləri formatda azan oxusunlar”, – Kava Şakir deyib.

Xuraman Etibarlı

İnterpress.az