Məşhur psixoloq və stresdən qurtulma mütəxəssisi intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskvada psixoloq və stresdən qurtulmaq üzrə mütəxəssis stress səbəbindən intihar edib.
Həıyəcan və narahatlığı aradan qaldırma üzrə məşhur mütəxəssis olan 52 yaşlı Mariya mənzilinin hamamında ölü tapılıb.
İlkin məlumata görə, ölümə səbəb asfiksiya və stress olub.
Yanvarın 16-da meyiti anasının vida sözləri olan qeydini tapan qızı aşkar edib.
“Uçurdum, istəyirdim, amma bacarmadım. Yandım.
P.S. Tanıdığım hər kəs bağışlasın”, – o, qeyddə yazıb.
Məlumata görə, “psixoloq” kimi uğurlu karyerasına baxmayaraq, Mariya psixiatriya xəstəxanasında qeydiyyata alınıb.
O, insanlara sərvətlərini necə idarə etməyi öyrədib, lakin özü ciddi şəxsi problemlərlə üzləşib.
İstintaq faciənin səbəbini qadının son aylarda kəskinləşən alkoqol asılılığı ilə də əlaqələndirir.
Xuraman Etibarlı
İnterpress.az