Qırğızıstan rəsmiləri Türkiyədə təlim keçirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “Kabar” məlumat yayıb.
Bildirilir ki, Qırğızıstanın 10 rayon dövlət idarəsinin başçısı Türkiyədə bir həftəlik kurs keçir.
Bu təlim Bişkekdə Qırğızıstan və Türkiyə prezidentləri Japarov və Ərdoğan arasında əldə olunan razılaşmalar çərçivəsində baş tutub.
Bu saziş çərçivəsində Qırğızıstanda işçilərin ixtisaslarının artırılması, təcrübə mübadiləsi və əldə edilmiş bacarıqların həyata keçirilməsi üçün bir sıra proqramlar həyata keçirilir.
Xuraman Etibarlı
İnterpress.az