İsraillilərin yarıdan çoxu Netanyahunun istefa verməli olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bununla bağlı araşdırmanı Panels Politics Institutu aparıb.
İsraillilərin 62%-i hesab edir ki, baş nazir Netanyahu da İsrail ordusunun Baş Qərargah rəisi Halevi kimi istefa verməlidir.
Onlar Netanyahu və Halevinin 2023-cü il oktyabrın 7-də baş vermiş uğursuzluğa görə məsuliyyəti öz üzərlərinə götürməli olduqlarını vurğulayıblar.
Qeyd olunur ki, müxalifət partiyalarının seçiciləri arasında seçicilərin 93%-i, koalisiya partiyaları arasında isə cəmi 31%-i Netanyahunun istefasını dəstəkləyir. Hətta Likudda 18% Netanyahunun istefasını dəstəkləyir.
Xuraman Etibarlı
İnterpress.az