Türkiyədə özünü öldürməyə hazırlaşan şəxsin 232 dəfə intihara cəhd etdiyi üzə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Manavqat şəhərində intihara cəhd edən şəxs polisin razı salmasından sonra aşağı salınıb.
Ac olduğunu deyən şəxsə dönər təklif olunub.
Araşdırmalardan məlum olub ki, özünə sui-qəsdə çalışan kişinin 232-si intihara cəhd olmaqla 250-yə yaxın polis həbs qeydi var.
Xuraman Etibarlı
İnterpress.az