Dərslərinə hazırlaşmaq istəməyən 11 yaşlı məktəbli qız nənəsini ÖLDÜRDÜbackend

Dərslərinə hazırlaşmaq istəməyən 11 yaşlı məktəbli qız nənəsini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərslərinə hazırlaşmaq istəməyən 11 yaşlı məktəbli qız nənəsini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskvada 11 yaşlı moskvalı qız nənəsini qətlə yetirib.

Məktəbli nənəsini repetitor-müəllimlə qarşıdakı dərsə görə ona gəzintiyə çıxmağı qadağan etdiyinə görə öldürüb.

Qız bıçağı götürərək 75 yaşlı qadının böyründən bıçaqlayıb. Yaralı nənə huşunu itirib, nəvəsi qışqıraraq küçəyə qaçıb.

Qonşu yaralı nənəni görüb, ancaq onu xilas edə bilməyib. Təqaüdçü təcili yardım maşınında ölüb.

İş açılıb, lakin qızın yaşı 14-dən az olduğu üçün mühakimə olunmayacaq.

Xuraman Etibarlı

İnterpress.az