Çempion illər boyu bacarığından istifadə edərək SOYĞUNÇULUQ EDİB – FOTOLARbackend

Çempion illər boyu bacarığından istifadə edərək SOYĞUNÇULUQ EDİB – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı çempion illər boyu atletik bacarığından istifadə edərək soyğunçuluq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyalı yüngül atletika çempionu illər boyu atletik bacarığından istifadə edərək soyğunçuluq edib.  O, qurbanlarından və hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçaraq canını qurtarıb.

KİV-in məlumatına görə, Mark Tolstixin yoldan keçənlərin telefonlarını götürüb qaçıb.

Onun qurbanları arasında mobil telefon mağazasında satıcı, dırnaq salonunda administrator, qəhvəxanada barista və kilsə mağazasında satıcı da var.

2019-cu ildə islah işləri verildikdən və 2022-ci ildə 4,5 ay həbs cəzasına məhkum edildikdən sonra belə, o, soyğunçuluqda davam edib.

İdmançı bu yaxınlarda oğurlanmış velosipedlə qaçıb.

O, Moskva metro stansiyalarından birində sənədlər yoxlanıldıqdan sonra saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az