Peycer Hücum Əməliyyatı HƏMAS ilə müharibədən çox əvvəl planlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deyib.
İsrailin baş naziri Netanyahu 11 oktyabr 2023-cü ildə, yəni İsrail və HƏMAS arasında müharibənin dördüncü günündə Hizbullah yaraqlılarına peycerlərlə hücum əməliyyatının qarşısını aldığını bildirib.
O, “bu, dəhşətli səhv olardı” deyə izah edib.
Buna cavab olaraq İsrailin keçmiş müdafiə naziri Qalant əməliyyatın müharibədən bir neçə il əvvəl planlaşdırıldığını və oktyabrın 11-də həyata keçirilməyə hazır olduğunu bildirib.
Qalant əlavə edib ki, müharibənin ilk ayında peycerlər işə salınsaydı, minlərlə yaraqlı məhv ediləcəkdi.
2024-cü ilin sentyabrında rabitə avadanlığının böyük hissəsi anbarlarda idi və bu, effekti xeyli azaldıb.
O bildirib ki, belə olan halda Hizbullah hərbi təşkilat kimi mövcudluğunu dayandıracaqdı.
Xuraman Etibarlı
İnterpress.az