İlon Maskın oğlu Trampın mətbuat konfransını “MƏHV ETDİ” – VİDEObackend

İlon Maskın oğlu Trampın mətbuat konfransını “MƏHV ETDİ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maskın oğlu Donald Trampın mətbuat konfransını “məhv edib”.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Bildirilir ki, Ağ Evin Oval kabinetində Donald Tramp və İlon Maskın birgə bəyanatı zamanı qəribə hadisə baş verib.

Onlar hökumət islahatları kimi mühüm məsələləri müzakirə edərkən, orada olanların bütün diqqəti Maskın dörd yaşlı oğluna yönəlib.

Oğlan açıq-aydın demokratiya və büdcə xərcləmələri ilə bağlı bitib-tükənməyən müzakirələrdən bezib və o, özünəməxsus şəkildə əylənməyə qərar verib.

Ö, üzünü əyib, burnunu qurdalayıb, atasının üzünə toxunub, sözünü kəsib, sonra Trampın qulağına nəsə pıçıldayıb. O da öz növbəsində balacanın sözünə təbəssümlə cavab verib.

Bu an artıq sosial şəbəkələrdə meme çevrilib.

Xuraman Etibarlı

İnterpress.az