Məşhur reper Snoop Dogg ermənilərdən aldığı qonorarı QAYTARDIbackend

Məşhur reper Snoop Dogg ermənilərdən aldığı qonorarı QAYTARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur reper Snoop Dogg ermənilərdən aldığı qonorarı qaytarıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyası məlumat yayıb.

Məşhur reper Snoop Dogg Ermənistanda planlaşdırılan, lakin ləğv edilən konserti üçün aldığı qonorarı Dopinq Space-ə qaytarıb.

Xatırladaq ki, 2023-cü ilin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan konsert üçün reperə Ermənistan dövlət büdcəsindən 6 milyon dollar ödənilib.

Lakin həmin il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları səbəbindən “erməni xalqı yasdadır” açıqlaması ilə konsert təxirə salınıb.

Reperin bir neçə ay sonra Ermənistana səfər edəcəyi və gözlənilən konsertin baş tutacağı bildirilib.

Xuraman Etibarlı

İnterpress.az