Səudiyyə Ərəbistanının baş müftisi HƏMAS-ı “İslamın rüsvayçılığı” ADLANDIRDIbackend

Səudiyyə Ərəbistanının baş müftisi HƏMAS-ı “İslamın rüsvayçılığı” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Əl-Şeyx HƏMAS-ın cənazələrin təhvil verilməsi ilə keçirilən paradından sonra açıqlama verib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz ibn Abdullah Əl-Şeyx HƏMAS-ın Qəzzada 4 israilli girovun cəsədlərinin təhvil verilməsi zamanı təşkil etdiyi “tabut şousu”nu “İslam üçün rüsvayçılıq” və “küfr aktı” adlandırıb.

Onun fikrincə, möminlər (müsəlmanlar) belə hərəkət edə bilməzlər.

“Bu gün Qəzzada gördüklərimiz İslama rüsvayçılıq, Allaha qarşı küfr və İslam ardıcıllarını təmsil etməyən böyük günahdır.

İslam yolu hətta ölən qeyri-müsəlmanlara belə hörməti ehtiva edir”, – Əbdüləziz Əl-Şeyx deyib.

Dubayın baş müftisi Əhməd Əl-Həddad isə HƏMAS-ı tənqid edib.

“HƏMAS İslama əvvəllər heç vaxt görünməmiş səviyyədə utanc gətirdi”, – Əhməd Əl-Həddad vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az