Damların qardan təmizlənməsinə ayrılan vəsaiti oğurlayan şirkət rəhbərinin arvadını BUZ PARÇASI ÖLDÜRDÜ – VİDEObackend

Damların qardan təmizlənməsinə ayrılan vəsaiti oğurlayan şirkət rəhbərinin arvadını BUZ PARÇASI ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Damlardan qarın təmizlənməsinə cavabdeh olan idarəetmə şirkətinin rəhbərinin arvadı başına buz parçası düşərək həyatını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.

Məlumata görə, Rumıniyada idarəetmə şirkətinin rəhbəri damların buzdan təmizlənməsi üçün ayrılan vəsaiti mənimsəyib.

Bu günlərdə isə damdan düşən qar parçaları onun həyat yoldaşını öldürüb.

35 yaşlı rumıniyalı qadın hadisə yerində dünyasını dəyişib. Dəhşətli görüntülər kameralara düşüb.

Həkimlərin sözlərinə görə, qadının kəllə sümüyü sınıb.

Tezliklə məlum oldu ki, onun əri damları qardan təmizləməyə məsul olan idarəetmə şirkətinin rəhbəridir. Bununla belə, vəsait oğurlanıb.

İndi o, arvadının ölümünə görə məsuliyyət daşıyacaq.

Xuraman Etibarlı

İnterpress.az