Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunubbackend

Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.