Dizayner 9 il əvvəlki postuna görə cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, dizayner Artemy Lebedev 9 il əvvəlki postuna görə 40 min rubl (təxm. 770 man) cərimələnib.
9 iyun 2015-ci ildə o, LiveJournal-da “Relikslər” adlı bir yazı dərc edib:
“Kimlərinsəa qalıqlarını düşünməkdən daha axmaq nə ola bilər? Bir müqəddəsin ayağı, qolu, dişi, saçı kimi maraqlandırır? (Üstəlik, sağlığında bütün müqəddəslər adi alkoqoliklər və müxtəlif dərəcədə əhəmiyyətli patronlar idi).
Nə üçün Lenin, Kim İr Sen və Maonun cəsədləri məqbərələrdə nümayiş etdirilir? İnsanların ölmüş idarəçiyə baş əymək istəyi haradan qaynaqlanır?
Niyə insanlar Sergiya Radonejskinin kəpəyi olan bir qutunu öpmək üçün növbəyə dururlar?”
17 dekabr 2021-ci ildə Lebedev Telegram-da eyni postu təkrarlayıb. Dindarların hisslərini təhqir etdiyinə görə ona cinayət işi qaldırmağa çalışdılar, alınmayıb.
Lakin dünən Lebedev “dini ehtiram obyektlərinin qəsdən ictimai təhqir edilməsi” ilə bağlı inzibati maddə ilə 40 min rubl cərimələnib.
Xuraman Etibarlı
İnterpress.az