Ali Radaya məktəblərdə, o cümlədən fasilələr və dərsdənkənar saatlarda rus dilindən istifadənin tam qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə deputat Maksim Bujanski məlumat verib.
O bildirib ki, Ukrayna Ali Radasına məktəblərdə, o cümlədən fasilələr və dərsdənkənar saatlarda rus dilinin tam qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Qanun layihəsinin müəllifi Təhsil, Elm və İnnovasiyalar Komitəsinin katibi Nataliya Pipadır.
2024-cü ilin oktyabrında onun təşəbbüsü artıq Ukrayna Təhsil Nazirliyi tərəfindən dəstəklənib.
Xuraman Etibarlı
İnterpress.az