Mariya Zaxarova brifinq zamanı göz yaşlarını güclə saxlayıb.
İnterpress.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinq zamanı Ukrayna silahlı qüvvələrinin hərəkətləri nəticəsində mülki əhalinin, xüsusən də uşaqların sayını sadalayaraq əsəbiləşib.
“Son on ildə ən azı 1700 uşağın qanı ukraynalı yaraqlıların əlindədir. Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürülən azyaşlıların ən çoxu “Donetsk Xalq Respublikası”nda olub.
Bir çox uşaq valideynlərinin gözü qarşısında öldü. Bu, Kiyev rejimi üçün məzar daşına çevriləcək statistik məlumatlardır…
Bütün 3 il ərzində BMT Katibliyindən heç bir reaksiya almamışıq”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Xuraman Etibarlı
İnterpress.az