HƏMAS Qəzzada yenidən başlayan döyüşlərlə bağlı rəsmi açıqlama yayıb.
İnterpress.az xəbər verir ki, bu barədə dünən gecədən Qəzzada döyüşlər yenidən başlayıb.
“İsrail işğalçıları atəşkəs razılaşmasını pozub, öhdəliklərindən boyun qaçırıblar və beynəlxalq ictimaiyyətin biabırçı susqunluğu fonunda Qəzza zolağında xalqımıza qarşı kütləvi qətliamlar törətməyə davam ediblər”, – HƏMAS rəsmi açıqlamasında bildirib.
Təşkilat açıqlamasında razılaşmanın şərtlərinə sadiq qaldığını vurğulayır, həmçinin İsrailin baş nazirini ittiham edir:
“Daxili böhranlardan çıxış yolu tapmağa çalışan Netanyahu xalqımızın qanı bahasına müharibəni bərpa etməyi seçib”.
Xuraman Etibarlı
İnterpress.az