Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir – SORĞUbackend

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Mərkəzdən verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Ətraflı
Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib. Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.